Главная > Siyasət > Cüzeppe Konte İtaliya hökumətinə rəhbərlikdən imtina edib

Cüzeppe Konte İtaliya hökumətinə rəhbərlikdən imtina edib


28-05-2018, 08:33.

                           Cüzeppe Konte İtaliya hökumətinə rəhbərlikdən imtina edib

 

 Cüzeppe Konte İtaliyada hökumət formalaşdıra bilməyib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü İtaliyanın Prezident Dəftərxanasının baş katibi Uqo Dzampetti deyib.

"Respublika prezidenti professor Cuzeppe Konteni qəbul edib. O, mayın 23-də hökumət formalaşdırmaq üçün aldığı mandatı geri qaytarıb. Respublika prezidenti ona göstərdiyi səylərinə görə minnətdarlığını bildirib", - deyə Dzampetti "Rai" dövlət telekalının canlı yayımladığı çıxışı zamanı bildirib.

 


Вернуться назад