Главная > Siyasət > Kolumbiyada prezident seçkilərində qalib müəyyənləşməyib

Kolumbiyada prezident seçkilərində qalib müəyyənləşməyib


28-05-2018, 08:22.

                Kolumbiyada prezident seçkilərində qalib müəyyənləşməyib

 

Kolumbiyada keçirilmiş prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Seçki Şurasının məlumatında deyilir.

 

Bülletelərin 94%-nin hesabanmasından sonra namizədliyi "Demokratik Mərkəz” partiyası tərəfindən irəli sürülən sağçı İvan Duke 39%, onun əsas rəqibi – solçular koalisiyanın rəhbəri Qustavo Petro 25% səs toplayıb.

 

Qeyd edək ki, Kolumbiyada prezident seçkilərində 6 namizəd iştirak edib. Seçkilərin ikinci tur iyunun 17-də keçiriləcək.

 


Вернуться назад