Главная > Qarabağ > Paşinyandan müharibə çağırışı: Oğlunu Qarabağa göndərir

Paşinyandan müharibə çağırışı: Oğlunu Qarabağa göndərir


27-05-2018, 12:28.

               Paşinyandan müharibə çağırışı: Oğlunu Qarabağa göndərir

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan hərbi xidmətini Qarabağ ərazisində keçməyə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Aşot Paşinyan atasının Feysbuk hesabında canlı yayım zamanı deyib.

"Mən özüm ərizə yazmaq və Qarabağda hərbi xidmət keçmək qərarına gəldim. Həmişə ordunun güclənməsini sülh üçün yeganə vasitə hesab etmişəm”, - Aşot Paşinyan bildirib.

"18-27 yaş arası xaricdə olan bütün həmvətənlərimi Ermənistana qayıtmağa və vətən qarşısında borcunu ödəməyə çağırıram. Mən bunu həm vətəndaş, həm də mümkün müharibə zamanı ali baş komandan səlahiyyətlərini icra edəcək baş nazir kimi deyirəm”, - Nikol Paşinyan əlavə edib.

Paşinyan mart ayında 18 yaşı tamam olan oğlunun ən yaxın çağırış müddətində hərbi xidmətə yollanacağını bildirib.

 


Вернуться назад