İrandan ƏKS HƏMLƏ –Tehran kritik tarixi açıqladı
İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə əlaqədar qərarının
bir neçə həftə ərzində verəcək.
Uluyol.az publika.az-a istinadən xəbər verir ki, bu
haqda yüksək vəzifəli iranlı səlahiyyətli bildirib.
Daha əvvəl isə İranın ali dini lideri Əli Xamenei ABŞ-ın dövlət katibi Maykl
Pompeonun İrana qarşı irəli sürdüyü 12 şərtə cavab olaraq öz şərtlərini
açıqlayıb. Bunlar nüvə sazişindən çıxaraq BMT Təhlükəsizlik Şurasının 2231
saylı qərarını pozan ABŞ-a qarşı yeni bir qərarın qəbulu, İranın neft ixracı və
Avropa bankları ilə əlaqələri mövzusunda zəmanətin verilməsidir. Xamenei
Avropanın bu şərtləri yerinə yetirməyəcəyi halda, İranın nüvə fəaliyyətinə
yenidən başlama haqqının olduğunu bildirib.
Xatırladaq ki, Mayk Pompeo mayın 21-də ABŞ-ın İran üzrə strategiyasını
açıqlayıb və İrana qarşı 12 şərt irəli sürüb.
Вернуться назад
|