Главная > Dünya > General əmr verdi: “Paytaxtda bir nəfər də olsun “qanuni oğru” qalmasın

General əmr verdi: “Paytaxtda bir nəfər də olsun “qanuni oğru” qalmasın


10-02-2016, 20:31.
General əmr verdi:
Moskva polisinin rəisi, general Anatoli Yakunin polis bölmələrinin rəisləri ilə
b gün fevralın 10-a keçirdiyi müşavirədə paytaxtda bir nəfər də olsun
"vor zakon”un qalmamasına dair əmr verib.

Virtualaz.org xəbər verir ki, Yakunin polis rəislərinə 2016-cı il ərzində paytaxt
"vor zakon”larının iqtisadi bazasını dağıtmağı tapşırıb. "Bu biabırçılığa son qoymaq
lazımdır”-general bildirib.

Yakunin deyib ki, Rusiya paytaxtında özünü "vor zakon” adlandıran şəxslər
hələ də var. Ötən il 10 nəfər "vor zakon” məsuliyyətə cəlb olunub. "Lakin məlumat
var ki, 15-ə yaxın bu cür şəxslər hələ də vaxtaşırı olaraq Moskvada peyda olur”-general
bildirib.

"Bu adamlar özlərinin kriminal ideologiyasını yayır, onların nəzarəti altında mütəşəkkil
cinayətkar qruplaşmalar var. Bu qruplaşmalar nəqliyyat vasitələrinin
oğurlanmasında, narkobiznesdə, dələduzluqda və digər cinayət sferalarında fəaliyyət
göstərir”-Moskva polisinin rəisi deyib.

 
 

Вернуться назад