Главная > Siyasət > Əhali ayağa qalxdı: Baş nazir komissiya yaratdı

Əhali ayağa qalxdı: Baş nazir komissiya yaratdı


25-05-2018, 17:58.

                          Əhali ayağa qalxdı: Baş nazir komissiya yaratdı

 

İraq Parlamentinin növbəti iclası baş tutmayıb. Baş nazir Abadinin rəhbərliyi ilə kəşfiyyat, təhlükəsizlik qüvvələri və polisdən ibarət komissiya yaradılıb.

Bu haqda Axa.az-a İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi məlumat verib.

"Sözügedən komissiya İraqda parlament seçkiləri zamanı türkmanların yaşadığı ərazilərdə, xüsusən də Kərkükdə olan seçki saxtakarlığını araşdıracaq”, - o bildirib.

Xatırladaq ki, İraqda 12 may tarixində parlament seçkiləri keçirilib. Türkmanların yaşadığı ərazilərdə seçki saxtakarlığına yol verildiyi iddia edilir.

Hazırda Kərkükdə soydaşlarımız seçki saxtakarlığına qarşı etirazları davam etdirir.

 


Вернуться назад