Söhrab Abbasovun rayonlarda himayə etdiyi
mebel və yeşik sexində doğranan qiymətli ağaclar FOTOFAKT
Bu günədək sosial mediada daha çox ittiham olunan
qurumlardan biri də ETSN idi ki, bu da adı çəkilən nazirliyə rəhbərlik edən şəxsin
gələcək karyerasına ciddi təsir edirdi. Hər kəsə o da gün təki aydındır ki,
sosial mediada adı çəkilən qurumla bağlı tənqidi informasiyalar yayılan kimi,
nazirliyin bəzi əməkdaşları dərhal hərəkətə keçirdilər və həmin məlumatların
ayrı-ayrı xəbər portallarından yığışdırılmasına da çalışırdılar.
Təyinat
Yaşanan olaylarla bağlı silsilə tənqidi açıqlamaların dərcinə, məhz adı çəkilən
qurumda hökm sürən "bezpredel” idarəçiliyin varlığı səbəb olurdu. Maraqlı hal o
olurdu ki, tənqidi açıqlamalar dərc olunan kimi rəhbərlik vəziyyətdən çıxış
yolu tapmağa çalışır və bəzi rayonların meşə təsərrüflarına rəhbərlik edən şəxsləri
tez-tez daşıdıqları vəzifələrindən uzaqlaşdırırdı. Bu cür addımların atılmasına
baxmayaraq, meşə təsərrüfatı sahəsində vəziyyət düzəlmirdi ki, düzəlmirdi. Buna
səbəb sabiq rəhbərliyin yarıtmaz kadr siyasətinin varlığı oludu. Məsələn, xeyli
müddət bundan əvvəl nazirlkdə ən böyük departamentlərdən olan--Meşələrin
İnkişafı Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırıldı və həmin vəzifəyə
Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov adlı şəxs
təyin olundu. Belə bir təyinatın verilməsinə baxmayaraq, Xəlil Ramazanov da rəhbərliyin
etimadını doğrulda bilmədi. Çox keçmədi ki, bir çox rayonların meşə təsərrüfatlarına
rəhbərlik etmiş Söhrab Abbasov, ETSN Meşələrin inkişafı departamentinin
direktor əvəzi, departamentin meşəbərpa və meşəsalma sektorunun müdiri vəzifəsinə
irəli çəkildi.
Sexlər göbələk kimi artdı
Məhz onun təyinatından sonra Göyçay, Masallıda mebel və yeşik sexləri göbələk
kimi çoxaldı.
Qiymətli ağac növləri vəhşicəsiə qırılaraq sexlərə daşındı. Conflict.az
Azerinfo.az saytına istinadən xəbər verir ki, ötən müddət ərzində bir çox şəhər
və rayonların, o cümlədən Zaqatalanın, Qəbələnin, Qubanın, Masallının, Balakənin,
Qaxın, Astaranın, Qusarın, İsmayıllını, Tovuzun, Daşkəsənin, Goranboyun, Beyləqanın,
Bərdənin, Şabranın, daha çox isə Gədəbəyin meşə təsərrüfatında yaşanan
acınacaqlı durumun varlığı haqda silsilə tənqidi açıqlamalar dərc etmişik. Hətta
elə hallar olub ki, dərc etdiyimiz açıqlamalar əsasında nazirliyə rəsmi məktublar
ünvanlamışıq və qarşı tərəfdən rəsmi cavablar da əldə edə bilmişik. Məsələn, 30
oktyabr 2017-ci il tarixdə Nazirliyə ünvanladığımız məktuba Meşələrin inkişafı
departamenti direktorunun imzası ilə təsdiq olunmuş 14/1445 saylı cavab məktubu
verilmişdi və hətta bizim yazdıqlarımız verilmiş cavab məktubunda da təsdiq
olunmuşdu. Həmin məktubda istər 2016-cı ildə, istərsə də 2017-ci ilin 9 ayı ərzində
Oğuzun meşə zolaqlarına vurulmuş ziyana görə aktlaşdırılmış ziyanın məbləği,
neçə nəfər əməkdaşla bağlı intizam tədbirinin seçilməsi, neçə nəfər barəsində
cinayət işinin qaldırılması və s. açıq-aydın şəkildə qeyd olunmuşdu. Təəssüf
doğuran hal o olurdu ki, biz bir xəbər portalı olaraq belə bir problemləri daim
qabardırdıq, baş verənlər haqda hər kəsi məlumatlandırmağa çalışırdıq, dərc
etdiklərimizi nazirliyin rəsmi şəxsləri də təsdiqləyirdi, digər tərəfdən isə
Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi vəzifə sahibləri bizi Azərbaycan
Respublikası MPM-nin149-cu və 150-ci maddələrinin tələbləri əsasında, 1 saylı
Bakı İnzibati-
İqtisad Məhkəməsinə sürükləyirdi. Yazdıqlarımızı şər-böhtan adlandırmaqla bərabər,
dərc olunanlara görə təkzib verilməsini, hətta məhkəmə heyyətindən bizdən 5
(beş) min manat məbləğində pulun tutularaq Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin hesab nömrəsinə köçürülməsi yöndə qərar çıxarması da xahiş
olunurdu. Belə bir halların varlığı isə, artıq əndazənin aşılması demək idi.
Sexə daşınan fıstıq ağacları
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vəzifədən azad
olunmasından dərhal sonra Söhrab Abbasovun gözlənilməz mətbuat konfransı keçirməsi
maraqla qarşılandı. Çünki son 3 il ərzində bu qurumun mətbuat konfransı keçirməsi
müşahidə edilməməməsi,eyni zamanda yeni rəhbərliyin təyinatından sonra belə bir
addımın atılması çoxlu suallar yaradırdı. Ölkə mediasında xəbər başlıqlarına
çıxarılan "Ermənilər meşələrimizi vəhşicəsinə qırırlar” ifadəsi sosial şəbəkələrdə
müzakirə mövzuzuna çevirildi.Belə ki, Hüseynqulu Bağırovun nazir kürsüsündən
azad eilməsindən dərhal sonra Zöhrab Abbasovun mətbuat nümayəndələri önündə meşələrimizlə
bağlı açıqlamalar verməsi hansı məqsədlərə hesablanması sual yaradırdı?
Departament direktoru əvəzi açıqlamalarında Ermənistanda mebel istehsalının
yüksək səviyyəyə qalmasına da ehyam vuraraq,meşələrimizin qırılması hesabına
baş verdiyi barədə statistik məlumatlar verib.
Söhrab Abbasovun bu açıqlaması sosial şəbəkələrdə qınaq obyektinə çevrildi.
Söhrab Abbasova sual veririk- Sexlərə Qəbələdən daşınan fıstıq ağacların da ermənilər
qırıb? Axı bu sex sizun adınızla bağlıdır.Bu sexə Qəbələdə, Gədəbəydə doğranan
ağaclar daşınır.
Uğursuz kadr
Bütün bunlar onu sübut edir ki, Söhrab Abbasov yarıtmaz idarəçiliyi ilə ETSN-nə
uğurlar deyil, birbaşa uğursuzluqlar gətirən vəzifə sahiblərindəndir. Bəli,
Söhrab Abbasov daşıdığı vəzifəsinin icraasına başladıqdan sönra,
respublikamızın şəhər və rayonlarının meşə təsərrüfatı sahələrində bənzəri
olmayan faciələrə, yəni kütləvi qırıntılara yol verildi ki, bu da adı çəkilən şəxsin
fəaliyyətsizliyini təsdiq edən hallar olur. Çünki, reaksiyamıza daxil olan məlumatlar
əsasında biz açıqlamalar dərc edirik və Nazirliyə göndərdiyimiz rəsmi məktublara
adı çəkilən qurumda səlahiyyət sahibi olanlar, qeyd etdiyimiz faktları təsdiq
edərək cavablar verirlər. Atılan addımlar, verilən cavablar və s. tam şəkildə təsdiq
edir ki, Söhrab üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmir və
açıq—aşkar şəkildə ekologiyamıza qənim kəsilir. Belə bir addımları atmaqda əsas
məqsədimiz, meşə təsərrüfatı sahələrində bəzi vəzifəli şəxslərin günahı ucbatından
qol qoyulan qanunsuzluqların qarşısının alınmasına dəstək verməkdir.
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını
tanıyır, dərc etməyə hazırdır.
Вернуться назад
|