Главная > Müsahibə > Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar
Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar25-05-2018, 09:02. |
Orucu necə tutmalı? Ən çox verilən suallara cavablarAzərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür.Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır.
Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.
Bu sahədə yaranmış kəskin ehtiyacı nəzərə alaraq, saytımız oxucu məktubları və suallar əsasında orucluğun ən əsas hökmləri barədə qısa və anlaşıqlı məlumat verməyi qərara almışdır. Aşağıda həmin suallar sırf Azərbaycan mühitinə xas olan yanaşma tərzi baxımından cavablandırılmışdır.
Respublikamızda həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.
1. Oruc tutan şəxsə hansı əməllər qadağandır? Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:
1.
Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən,
istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar.
Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. Hənəfi və Şafii məzhəblərinə görə, oruc tutan şəxsin suya baş vurması çox bəyənilməz əməl sayılsa da, orucu batil olmaz. Özü də gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır.
2. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə neçə? Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret öəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.
3. Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi? Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.
4. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi
varmı? Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.
5. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı? Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.
6. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu? Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.
7. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı? Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.
8. Kimlərə oruc tutmaq vacib deyildir? Fərsəx - qədim ölçü vahididir. Hənəfilərə görə, 8 fərsəx təqribən 96 km., cəfərilərə görə isə təqribən 46 km.-dir.
9. Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq orucluq qaydalarını pozsa, nə etməlidir? Hər kəs oruc tutduğunu unudaraq, yaxud özü istəmədən (qeyri-iradi) orucu pozan əməli yerinə yetirsə, orucu yenə düzgün sayılır və öhdəsinə heç bir cərimə düşmür. Məsələn, insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa və başı suya batsa, yaxud xəstələnib qussa, yaxud da oruc tutduğunu unudub su içsə, orucu düzgündür. O, gərək günün qalan hissəsində də orucunu davam etdirsin və gələcəkdə daha da diqqətli olsun.
10. Bəzən ramazan ayında yas məclislərində iftardan əvvəl çay və yemək verirlər. Bu, nə dərəcədə düzgündür? Ramazan təsadüf edən yas məclislərində ya ümumiyyətlə ehsan verilməməli, ya da iftar vaxtı süfrə açılmalıdır. İftar zamanı müsəlmanlara ehsan verməyin həddən artıq savabı vardır. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Hər kəs oruc tutan şəxsə iftar versə, özü də əlavə olaraq oructutan şəxs qədər savab qazanar".
11. Namaz qılmayan şəxsin oruc tutması
düzgündürmü? Namaz qılmayan şəxs oruc tuta bilər və orucu batil deyil. Amma belə şəxs unutmamalıdır ki, oruc tutmağı namaz qılmamaq günahını yüngülləşdirmir, namaz qılmağı gecikdirən adamın günahı günbəgün artır.
12. Elə adamlar var ki, xəstəlikdən sağalmaları
üçün bir neçə gün oruc tutmağı nəzir edirlər, sonra isə ramazan ayında nəzir
niyyəti ilə oruc tuturlar. Deyirlər ki, bu oruc səhvdir, elədirmi? Oruc nəziri demiş şəxs mütləq ramazandan başqa ayların birində öz nəzirinə əməl etməlidir. Ramazan ayında vacib oruc niyyəti ilə deyil, nəzir niyyəti ilə oruc tutan şəxs heç bir savab əldə etməz, əksinə, günah qazanar. Belə adamın həmin günkü orucu nə ramazandan, nə də nəzirdən hesab olunmaz, hədər gedər. Ramazan ayında nəzir ilə tutulmuş oruc batildir.
13. Oruc tutmaq üçün niyyəti nə zaman etmək lazımdır? Həm ramazanın hər günü üçün ayrı-ayrılıqda, həm də ramazan ayı üçün bütövlükdə oruc niyyəti etmək olar. Ayrı-ayrılıqda hər günün niyyəti həmin günə keçən gecə ərzində, sübh namazına kimi edilməlidir. Bütövlükdə ramazan ayı üçün isə ayın ilk gününə keçən oruc niyyəti edilməlidir.
14. Oruc tutmaq istəyirəm. Qorxuram ki, orucluq nəticəsində orqanizmim arıqlayıb zəifləyər. Bəs nə edim? Bəziləri elə güman edirlər ki, əgər ac qalsalar,
mədələrində yara əmələ gələcək. Amma oruc tutan şəxslər üçün həyəcanlanmağa əsas
yoxdur. Çünki oruc tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə
qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır; mədədə heç bir
yara yaranmr. Əlbəttə, heç cür oruc tuta bilməyən xəstə şəxslər bu vəzifədən azaddırrlar. Allah elə mərhəmətlidir ki, xəstə adamları oruc tutmaq borcundan azad etmişdir. Hər kim orucun öz səhhəti üçün zərərli olduğunu bilsə, oruc tutmaya bilər, amma sağaldıqdan sonra mütləq qəza orucu tutmalıdır.
15. Orucluq qaydalarını qəsdən pozan adam öz
günahını yuya bilərmi? Yuxarıdakı halların hər birində kəffarə ödəmək lazım deyil, hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayət edər.
16. Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir? Tərc.: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Çox mərhəmətli və həmişə mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
17. Oruc olarkən dişləri yumaq və fırçalamaq olarmı? Suyu və pastanı udmamaq şərti ilə olar. Amma yuyandan sonra ağız suyunu 3 dəfə tam yığıb türürmək lazımdır.
18.
Fitrə zəkatının miqdarı nə qədərdir? Fitrə zəkatını nə zaman və kimə vermək
lazımdır? Вернуться назад |