Главная > Aktual > Pompeo: “ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”

Pompeo: “ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”


25-05-2018, 08:39.

           Pompeo: "ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”

 

"ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

 

Senatda keçirilmiş dinləmələr zamanı senator Ben Kardin M.Pompeodan İranda hakimiyyətin dəyişməsinin ABŞ-ın məqsədi olub-olmadığını soruşub.

 

"Xeyr, ser”, - deyə Pompeo cavabında bildirib.

 

Dinləmələrdə ABŞ-da yaşayan və Vaşinqtonun Tehrana qarşı sərt siyasəti dəstəkləyən bir qrup iranlı iştirak edib.

 


Вернуться назад