Главная > GÜNDƏM > Rövşən Bəşirov: "Söz azadlığına qarşı təzyiqlərə son qoyulsun!"

Rövşən Bəşirov: "Söz azadlığına qarşı təzyiqlərə son qoyulsun!"


10-02-2016, 19:46.
Rövşən Bəşirov:
Azərbaycanda azad mətbuatın sıraları seyrəldiyi bir vaxtda azsayda olan media qurumlarına qarşı təzyiqlər güclənməkdədir. Son günlər təzyiqlərə məruz qalan mətbuat orqanları, jurnalistlər demək olar ki, müdafiəsiz qalıblar. Xüsusilə də, "Gündəm-Xəbər" qəzetinin rəhbərliyinə qarşı əsassıs məhkəmə iddiaları, "Azadlıq" qəzetinə qarşı təzyiqlər vətəndaş cəmiyyətinin ciddi narahatlığına səbəb olub. Gənc Demokratlar Hərəkatı azad mətbuata qarşı təzyiqlərə etiraz olaraq bəyanat yayıb.
 
Bəyanatda qeyd olunur ki, Azərbaycanda azad mətbuata qarşı təzyiqlər getdikcə güclənməkdədir:
 
"Gündəm-Xəbər" qəzetinin baş redaktoru Şirin Cəfərlinin hökumət tərəfindən məhkəməyə verilməsi, eləcə də, "Azadlıq" qəzetinin sıxışdırılması söz azadlığına qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Hər iki mətbu orqan insanların inam, etibar yeridir, üz tuta biləcəyi ünvandır. Onlar Azərbaycanda söz azadlığının son elementləridir". Təşkilatın sədr müavini Rövşən Bəşirov bildirir ki, mətbuata qarşı təzyiqlər ölkədə demokratiya və insan haqlarına olan münasibətin göstəricisidir: "Biz hökuməti mətbuata qarşı təzyiqlərə son qoymağa, insan haqlarına hörmətlə yanaşmağa çağırırıq. Gənc Demokratlar Hərəkatı olaraq daim azad mətbuatın yanındayıq, jurnalistləri müdafiə edəcəyik. Çünki jurnalistlər azad sözün əsas atributları, dayaqlarıdır. Onların susdurulması cəmiyyəti sarsıldır. Hökumət qurumları dərhal bu cür təhlükəli əməllərə son qoymalı, azad mətbuatın fəaliyyəti üçün süni maneələri aradan qaldırmalıdır".
 
 
ULUYOL.İNFO

Вернуться назад