Главная > Təhsil > İmtahanların cavabları açıqlandı - 3 nəfər 700 bal toplayıb

İmtahanların cavabları açıqlandı - 3 nəfər 700 bal toplayıb


22-05-2018, 17:10.

                   İmtahanların cavabları açıqlandı -3 nəfər 700 bal toplayıb

 

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

BakuPost-un xəbərinə görə, test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzin (DİM) internet səhifəsində tanış olmaq mümkündür.

 

Abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə də öyrənə bilərlər.

 

DİM sədri Məleykə Abbaszadə imtahanların nəticələri ilə bağlı açıqlama verib. Bildirib ki,I qrup üzrə 2 nəfər, IV qrup üzrə isə 1 nəfər 700 bal toplayıb: "Bu, yaz imtahanın nəticəsidir. Yay imtahanında nəticələrin daha da yüksələcəyini gözləyirik. Bu il imtahanlarda abituriyentlərin ikinci imtahan vermək şansı ilə yanaşı, ixtisas qruplarını da dəyişmək şansı var”.

 

M.Abbaszadə bildirib ki, ötən il yaz və yay imtahanlarının nəticələri arasında 20 bal fərqi qeydə alınıb: "Bu, belə də olmalıdır, iki ay əlavə məşğul olurlar. Elə abituriyentlər də var ki, birinci imtahandan sonra ikinci imtahana nizam-intizamı pozmaq məqsədilə daxil olurlar. Hesab edirlər ki, birinci imtahanda nəticələri var və yetərlərdir. İkinci imtahana qayda pozmaq üçün daxil olurlar”.

 

DİM rəhbəri qeyd edib ki, qayda pozuntusu edənlərin imtahan nəticələri ləğv olunacaq: "Yaz imtahanlarında da telefon keçirməyə, köçürməyə və ya başqasının əvəzinə keçməyə cəhdlər olub. Onların imtahan nəticələri ləğv olunub və yay imtahanına buraxılmayacaq”.

 


Вернуться назад