Главная > Mövqe > Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib

Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib


21-05-2018, 22:31.

                  Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib

 

Polşa prezidenti Andjey Duda beş günlük səfəri başa çatdıqdan sonra ABŞ-ı tərk edə bilməyib.

APA-nın məlumatına görə, bu barədə TVN24 xəbər verib.

Məlumata əsasən, Çikaqo-Varşava aviareysi təyyarədə aşkarlanan texniki nasazlığa görə ləğv edilib. A.Duda Polşa hökumətinin nümayəndələri ilə birgə "LOT” aviaşirkətinin digər təyyarəsi ilə ABŞ-ı tərk edəcək.

A.Duda Çikaqo şəhərinin Polşa icması ilə görüşmək üçün ABŞ-a səfər edib. Səfər çərçivəsində o həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

 


Вернуться назад