Главная > Aktual > Oğuzda müsavatçı mühacirin əmisi polisə çağırıldı

Oğuzda müsavatçı mühacirin əmisi polisə çağırıldı


9-02-2016, 23:29.

Oğuzda müsavatçı mühacirin əmisi polisə çağırıldı

Müsavatçı mühacir Babək Manafovun əmisi İlham Manafov bu gün Oğuz Rayon Polis Şöbəsinə çağırılıb. Bu haqda "Basta”ya Babək Manafovun xanımı İlkanə Manafova məlumat verib. İlkanə Manafova bildirib ki, buna səbəb onun "Yeni Müsavat” qəzetinə təqib olunduqları haqda məlumat verməsidir. Bildirilir ki, Babəkin əmisi İlham Manafov polis şöbəsində sorğu-suala tululub, gəlinin qəzetə müsahibə verməsinə görə ona sərt narazılıq bildirilib.

İlkanə Manafovanın dediyinə görə, onlara qarşı təqiblərin artmasına görə narahatdır.

Qeyd edək ki Babək Manafov Müsavatın Oğuz təşkilatını üzvüdür. İlkarə Manafovun sözlərinə görə, hakimiyyətin təqiblərinə görə keçən il İsveçrəyə mühacirət edib.

 Müsavatçı mühacirin ailəsi təhdid altında...Polisin narazılığına səbəb olan müsahibədə İlkanə Manafova bildirib ki,  2014-cü ildə yerli hakimiyyət orqanları Babəkin işlətdiyi sexi söküblər, qonşuları onlara qarşı qaldırıblar: "Onlar bizə şər-böhtan atdılar. Həmin vaxtlar Babəkə çoxsaylı təhdid zəngləri gəlirdi. Bu vəziyyət iki aya yaxın davam etdi. Sonda Babək məcburiyyət qarşısında ölkəni tərk etdi. O, gedəndən sonra evimizə zənglər gəlməyə başladı. Açıq şəkildə deyirdilər ki, Babək getməklə canını qurtara bilməz, onu harada olsa tapacağıq. Hazırda yenə də bu tipli zənglər davam edir. Valideyn olaraq, çox narahatam. Övladlarımın həyatını təhlükədə hesab edirəm. Babək də orada çox narahatdır. Qorxuram ki, övladlarım küçəyə çıxanda nəsə baş verər. Son bir ayda evimizə gələn zənglər mütəmadi hal alıb. Yenə də Babəki axtarırlar. İlk vaxtlar elə zənn edirdik ki, borcu ola bilər. Araşdırdığımız zaman borcunun olmadığı aydın oldu”.

İlkanə Manafova onu da bildirib ki, Babəkin atası da fəal müsavatçı, Oğuz təşkilatını yaradıcılardan biri olub: "Hər mitinqlər öncəsi Babək saxlanılırdı. Yaşadığımız yerdə hər kəs onu fəal müsavatçı sayırdı. Hazırda Babəkin əvvəllər işlətdiyi sex bağlıdır. Heç kəs işlətmir. Çünki icazə vermirlər. Uşaqlarıma görə çox narahatam. Övladlarımdan böyüyün 9, ortancılın 7, kiçiyin isə 2 yaşı var”.
 
bastainfo.com

Вернуться назад