Главная > Mədəniyyət > Dedektiv janrda yeni serial gəlir-"KEÇMİŞİN İZİNDƏ"- Tezliklə...

Dedektiv janrda yeni serial gəlir-"KEÇMİŞİN İZİNDƏ"- Tezliklə...


21-05-2018, 16:19.

                      Dedektiv janrda yeni serial gəlir-"KEÇMİŞİN İZİNDƏ"- Tezliklə...

 Kamran Cəfərovun "Şifrələnmiş Brailler" əsərinin motivləri əsasında çəkilən serialın sujet xətti- əsər şifrələrlə yazılmış kitaba nail olma üzərində qurulub. Ailəsi və evi yandırılan qəhrəman qisasını alır. Amma 20 il sonra təsadüfən bilir ki, ailəsinin qatili başqa adamdır. Deməli qisasda səhv insandan alınıb. Bununlada hadisələr öz gedişatını dəyişir. Baron öldürüldükdən sonra hər kəs baronun yerinə iddialı olur və həmin kitabın axtarışına çıxır. Ölmüş baron isə həmin kitabı "kor əlifbası" ilə yazdırıb və orada şifrələr qoyulub ki, kor əlifbasını oxuya bilənlərdə çətinlik çəkir. Bu arada mafiyaların öz qanunları, çəkişmələri və s. 

Serial "XəzərTV"-də yayımlanacaq və surpriz isimlərin rol alacağı bildirilir. Bizə aydın olan aktyor dəstəsi:

Layihə rəhbəri və pradüser- Kamran Cəfərov, 

quruluşçu rejissor- Sərdar Gözəlov, 

xalq artisti Rasim Balayev,

əməkdar artistlər-  Pərviz Bağırov, Nazir Rüstəmov, Şüküfə Məmmədova, Mətanət Atakişiyeva,

aktyorlar -İdris Rüstəmov, Müdhət Aydın,Vüqar Məmmədəliyev, Ruslan Nəsirli, Vüqar Ağayev, Sənan Hüseynov, Orxan Rzayev, Ülviyyə Ramazanova, Hüseyn Nəsirli və başqaları. 

Xatırladaq ki, "Şifrələnmiş Brailler" maraqlı əsərdir. Serialda iştirak edən şəxslərin istedadı bizə əminliklə deməyə əsas verir ki, elə əsər kimi serailda maraqlı alınacaq.


Uluyol.az


Вернуться назад