Главная > Baş Xəbər > Cümhuriyyətin 100 illiyi Almaniyada qeyd edildi – Video

Cümhuriyyətin 100 illiyi Almaniyada qeyd edildi – Video


20-05-2018, 22:43.

                Cümhuriyyətin 100 illiyi Almaniyada qeyd edildi – Video

 

Frankfurtda Müsavat AKM-in təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi

Bu gün, mayın 19-da Almaniyanın Frankfurt şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlıbayram tədbiri keçirilib.

Azərbaycan Respublikası himninin oxunması ilə başlayan tədbirdə əvvəlcəMüsavat AKM-in sədri İlham Həsən tədbir iştitrakçılarını salamlayıb.

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal və MSDM-in sədri İsa Qəmbər toplantıya telefon vasitəsilə qatılıblar, bütün Azərbaycan xalqını, o cümlədən Müsavat üzvlərini bayram münasibətilə təbrik ediblər.

Tədbirdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Səxavət Soltanlı, Müsavat AKM-in koordinatoru Eldəniz Yusibov və digərləri çıxış ediblər.

 

Çıxışlarda Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının rəhbərliyi iləAzərbaycanxalqınınÇar Rusiyasınaqarşı milli azadlıq mübarizəsi nəticəsində,Birinci Dünya müharibəsidövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası yaradılmasının tarixi əhəmiyyəti qeyd edilib.

Tədbirin bədii hissəsində musiqi nömrələri və vətənpərvərlik mövzusunda şerlər dinlənilib.


 


Вернуться назад