Главная > Dünya > Qazaxıstanda neft yatağında yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda neft yatağında yanğın olub, ölən və xəsarət alanlar var


20-05-2018, 22:07.

               Qazaxıstanda neft yatağında yanğın olub, ölən və xəsarət alanlar var

 

Qazaxıstanda neft yatağında yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "Sputnik Kazakhstan" ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyət üzrə Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Manqistausk vilayətində, "Komsomolskoye" yatağındakı quyunun əsaslı təmiri zamanı 40 kvadratmetr ərazidə baş verib. Yanğın zamanı 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yanğının qarşısı alınıb.

 


Вернуться назад