Главная > Siyasət > Ümid edirəm ki, yeni dövr başlayır - Bərzani

Ümid edirəm ki, yeni dövr başlayır - Bərzani


20-05-2018, 08:35.

                Ümid edirəm ki, yeni dövr başlayır - Bərzani

 

Ümid edirəm ki, Ərbillə Bağdad arasındakı münasibətlərdə qarışıqlıqdan və xaosdan uzaq yeni dövr başlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin keçmiş lideri Məsud Bərzani 12 mayda keçirilən parlament seçkiləri barədə danışarkən deyib:

"İraqdakı parlament seçkilərindən sonra yeni vəziyyət yaranıb. Nəticə əldə edənə qədər Bağdadla dialoqun davam etməsini arzulayırıq. Biz heç vaxt müharibə variantını düşünmədik. Təəssüf ki, əvvəlki dövrlərdə Bağdad hər zaman müharibə variantını mənimsədiyinə görə biz də özümüzü müdafiə etdik. Kərkük və münaqişəli bölgələrdə silah gücünə yaranan vəziyyət sona çatmalıdır. İraqdakı Kürd Muxtariyyətinin iradəsi heç vaxt zor gücü ilə qırılmayıb".

 

 


Вернуться назад