Главная > Baş Xəbər > Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq

Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq


18-05-2018, 23:56.

                Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq

 

 Britaniya "Skripal işi"nə və Suriyada kimyəvi silahdan istifadəyə görə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) sessiyasını çağıracaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.

O, qeyd edib ki, London iyunda təşkilatın üzvü olan ölkələrin xüsusi sessiyasını keçirməyi təklif edib. Nazirin sözlərinə görə, buna səbəb Şərqi Qutada kimyəvi silahdan istifadə edən Suriya hakimiyyətinin amansızlığı və Solsberidə casus Sergey Skripalın zəhərlənməsi cəhdidir.

"Əsədin Suriyadakı qəddarlığı və Solsberidə qətlə cəhd kimyəvi bizim təhlükəsizliyimizi təmin edən silahların qadağan edilməsi konvensiyasına təhlükə törədir", - deyə Britaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Boris Consondan sitat gətirib.

 


Вернуться назад