Главная > GÜNDƏM > Ermənistanın şəhərlərində etirazlar səngimir

Ermənistanın şəhərlərində etirazlar səngimir


18-05-2018, 22:02.

             Ermənistanın şəhərlərində etirazlar səngimir

 

Ermənistanda etirazçılar Sotk şəhəri yaxınlığındakı iri qızıl yatağına aparan yolu bağlayıblar.

Trend xəbər verir ki, ölkədə qiymətli metalların hasilatı ilə məşğul olan GeoProMining Gold" şirkətinin məlumatına əsasən, etirazçılar mayın 17-dən etibarən Sotk yatağına gedən yolu bağlayıblar: "Onlar vətəndaş hərəkatının iştirakçısı olduqlarını və öz haqları uğrunda mübarizə apardıqlarını bildirirlər".

Aksiya iştirakçıları qızıl yatağının rəhbərliyinin istefasını da tələb edirlər.

Şirkət etirazların ona məxsus müəssisələrdə işlərin tam dayanmasına səbəb ola biləcəyini istisna etmir.

 


Вернуться назад