Главная > Cəmiyyət > Ramazanda qidalanma - Həkim məsləhəti

Ramazanda qidalanma - Həkim məsləhəti


18-05-2018, 18:44.

                   Ramazanda qidalanma- Həkim məsləhəti

 

On bir ayın sultanı, aylar içərisində ən fəzilətlisi olan Ramazanın ilk həftəsini yaşayırıq.

ATV.az xəbər verir ki, ay ərzində nəfsinə hakim olub oruc tutanların sağmalıqları ilə bağlı diqqət etməli olduğu bəzi məqamlar var. Dietoloq terapevt Ləman Süleymanova deyir ki, oruc tutan bəzi şəxslər səhər imsaq etmirlər və bu isə sonradan insan orqanizmi üçün fəsadlara yol aça bilər. Çünki gün boyunca heç nə getməyən mədəyə iftarda birdən çox qida ötürdükdə mədədə ağırlıq yaranır.

Bəzən oruc tuan şəxslər imsaq zamanı normadan artıq yemək yeyirlər. Eyni zamanda iftar zamanıda bunu təkrarlayır.

Dietoloq terapevt Ləman Süleymanova bildirir ki, imsaq və iftar vaxtı yüngül qidalara üstünlük vermək lazımdır ki, sonradan mədədə fəsadlar yaranmasın. Buna ağartı məhsulları, meyvə tərəvzələr daxildir. "Meyvə şirələri için ki gün ərzində energetik balansınızı təmin edəsiniz. Çox vaxtı səhə yeməyinə duzlu yağlı yemək məsləhət deyil xususəndə duzlu pendirdən istifadə etmək məsləhət deyil. Çünki gün ərzində suya olan təlabatı artıracaq”.

Qeyd edək ki, oruc tutmaq həm həm savabdır, həm də sağlamlıqdır. Təbii ki, bunu doğru şəkildə yerinə yetirdikdə. Allah orucunuzu qəbul etsin.

Elşad Bayramoğlu/ ATV.az

 


Вернуться назад