Главная > Video xəbər > 27 illik məhbusun günahsız olduğu sübut olununca görün nə etdi - VİDEO

27 illik məhbusun günahsız olduğu sübut olununca görün nə etdi - VİDEO


18-05-2018, 14:18.

             27 illik məhbusun günahsız olduğu sübut olununca görün nə etdi -VİDEO

27 il həbsdə qalan məhbusun günahsız olduğu sübut olunub.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu York ştat məhkəməsi 27 illik azadlıqdan məhrum edilən məhbusun günahsızlığı barədə hökm çıxarıb.

Məhkəmənin hökmü ilə 27 ildir məhbus həyatı yşayan Con Bunn məhkəmə zalından azadlığa buraxılıb.

Günahsızlığı sübut olunan C.Bunn məhkəmənin hökmünü eşidən kimi göz yaşlarını saxlaya bilməyib. O, sevincindən ixtiyarsız hakimin qucağına atılaraq, ona sarılıb.

Qeyd edək ki, C.Bunn 1991-ci ildə 14 yaşında ikən dostu ilə birlikdə avtomobil oğurlamaq istədikləri zaman polis tərəfindən saxlanılıb.

Amma o, sonradan polisin ölümündə təsirləndirilərək qəsdən adam öldürmə maddəsi ilə həbs olunub.


 


Вернуться назад