Главная > Mövqe > Gənc "ümidçi" çağırış etdi

Gənc "ümidçi" çağırış etdi


9-02-2016, 19:33.
Mən Əlizadə Rəşad Fikrət oğlu Azərbaycan Ümid Partiyasının üzvü olsam da, şəxsim adına Azərbaycan xalqına çağırış edirəm. Əziz xalqım! Azərbaycan xalqı tarix boyu daim yaddaşlarda dözümlü xalq kimi yadda qalıb. Yaxın tarixə baxsaq, istər əsrin əvvəllərində, istərsə də 1988-90-cı illərdə daim mübarizədə olub və sonda bu mübarizələrdən qalib ayrılıb. Bu gün də göründüyü kimi Azərbaycan xalqı xəyanətə qurban gedir.Amma ümid edirəm ki, sonda bu xəyanətə qalib gələrək öz haqqını tələb edəcək və onu qazanacaq. Məncə bu gün xalq şərti olaraq üç yerə ayrılıb. Müxalifət, yapçı və bitərəf. İlk növbədə sözüm özünü müxalifətçi kimi qələmə verən, lakin xalqı fiaskoya uğradanlara dəstək verənlərədir. Özünüzə tək yol seçin, heç kimin haqqı ilə oynamayın və kimsənin saflığından istifadə etməyin.
İkinci sözüm bitərəflərədir. Xahiş edirəm bitərəf olaraq bizi bundan artıq "yükləməyin". Çünki biz həm da sizin üçün mübarizə aparırıq və əldə etdiyimiz nəticələrdən siz da yararlanacaqsınız.
Üçüncü isə heç bir insani haqqları olmayan, daim qorxu içində yaşayan "yapçılara" üz tuturam.

Hörmətli "yapçılar"! Azərbaycan tarixi bir dövlətdir, amma siz Yeni Azərbaycan Partiyası olaraq bizim tariximizi inkar edirsiniz. Sizə sual verilir : "Məhəmməd Əmin Rəsulzadə kimdir?" Cavabını məndən yaxşı bilsəniz də, özünüzün qondardığınız ümummilli lider obrazını onun əvəzinə qoymaqla əslində bizi yox, öz keçmişinizi təhqir edirsiniz. Sizin "lideriniz" özü də təsdiq edirdi ki, bu gün məhz Məhəmməd Əmin Rəsulzadənin sayəsində Azərbaycan var. Lakin sizin sədr müavininiz isə deyir ki, Azərbaycana ləyaqəti Heydər Əliyev gətirib. Heydər Əliyev Azərbaycana ikinci dəfə 90-cı illərdə gəlib . Demək sizin sözünüzdən elə çıxır ki, məhz Heydər Əliyev Azərbaycana gələndən sonra ölkədə ləyaqətli insanlar dünyaya gəlib? Və demək istəyirsiniz ki, Heydər Əliyevin Azərbaycanda olmadığı dönəmdə ləyaqətli insanlar yetişməyib?!

Dəfələrlə xalqı aldadıbsınız, yalandan proqnozlar, sözlər veribsiniz. Lakin sonda nəticə olmayıb və görünüb ki, əslində günahkar sizsiniz!! Sizin lideriniz efirə çıxaraq deyir ki, iqtisadi böhran dönəmində dərhal monopoliya ləğv olunsun. Lakin indi baxırıq ki, monopoliya olan dönəmdə indikindən daha az pul ödəyirdik. Yəni indi onun 2 mislini ödəyirik. Deyiləcək sözüm çoxdur, amma çox uzadıb heç kimi yormaq istəmirəm. Mən "yapçıları" ayılmaqa və doğru yola gəlməyə dəvət edirəm.
Həyatınızda bircə dəfə də olsa doğru addım atın. Çünki bu ölkə həm də sizindir.

İnanmıram ki, bu çağırışıma görə mənə partiyamızdan irad tutular. Hərçənd mən bu çağırışı bir iş adamı kimi etdim. Lakin bu cür olsa da belə düşünürəm ki, mən yanılmıram və Suraxanı ərazisində yaşayan hər kəsi Ümid Partiyasına dəvət edirəm. Eləcə də, bütün vətəndaşlarımızı işıqlı gələcəyimizin partiyası olan Ümid Partiyasına dəvət edirəm.

P.S. Hər vətəndaş sadəcə bir partiyaya üzv ola bilər, digər partiyaya keçmək üçün keçmiş partiyasını tərk etməsi məcburidir. Çünki "Ümid" bütün Azərbaycanın partiyasıdır və gələcəyin ümididir. Hörmətlə Rəşad Əlizadə
Вернуться назад