Главная > Səhiyyə > Sabirabadda yeni doğulan 2 körpə öldü

Sabirabadda yeni doğulan 2 körpə öldü


15-05-2018, 10:43.

              Sabirabadda yeni doğulan 2 körpə öldü

 

 Sabirabadda körpə ölümü qeydə alınıb.

 

Uluyol.az APA-ya istinadən bildirir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb.

 

Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.

 

Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.

 

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад