Главная > Türk Dünyası > Təbrizdə yenə təxribat: kürd şirkəti “Tavrij” yazdı – Etiraz

Təbrizdə yenə təxribat: kürd şirkəti “Tavrij” yazdı – Etiraz


15-05-2018, 12:02.

            Təbrizdə yenə təxribat: kürd şirkəti "Tavrij” yazdı – Etiraz

 

Güney Azərbaycanın mərkəzi Təbriz şəhərinin adı növbəti dəfə kürdləşdirilib.

Axar.az xəbər verir ki, əksər işçiləri kürdlərdən ibarət olan "İran sazə” inşaat şirkəti inşa etdiyi 33 mərtəbəli yaşayış kompleksinin qarşısında "Tavrij bağ qülləsi” lövhəsi quraşdırıb.

Yalnız milli fəalların etirazlarından sonra "İran sazə” şirkət rəhbərliyi lövhənin dəyişdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Təbriz və Güney Azərbaycanın digər bölgələrində müxtəlif inşaat layihələri illərlə yarımçıq qaldığı halda, "Tavrij bağ qülləsi” lahiyəsində 1 ay ərzində çoxlu işlər görülüb.

 


Вернуться назад