Главная > Hadisə > Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib


13-05-2018, 09:50.

               Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

 

Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад