Главная > Ümumi > Neftçalada qaz, su, işıq və iş problemi: əhali kənddən qaçır

Neftçalada qaz, su, işıq və iş problemi: əhali kənddən qaçır


17-10-2015, 00:32.
Neftçalada qaz, su, işıq və iş problemi: S.Fərəcovun sözlərinə görə, son qar yağıntılarından sonra 9 gün işıqsız qalan kəndin yaxın zamanlarda yenə də işıqsız qalacağı işıq dirəklərindən görünür: "Kənddə 50-yə yaxın işıq dirəyi yararsız haldadır. Bir gün qırılıb insan tələfatına yol açsa, məsuliyyəti kim daşıyacaq?”

Kənd sakininin sözlərinə görə, kəndlilərin əziyyət çəkdikləri məsələlərdən biri də susuzluqdur: "Əkin sahələri hesabına dolanan kənd sakinləri ərazini suvara bilmirlər. 2 km-lik boru deşilib, köhnə fontan qurğusu da Kürün səviyyəsinin aşağı düşməsinə görə işləmir”.

Şikayətçinin sözlərinə görə, qar yağıntıları zamanı həyətlərə qrunt suları yığılıb qalıb. Bir-iki ailənin həyətyanı sahəsinin suyun çəkilib. Qalan həyətlərdəki problemsə həll olunmayıb: "Dağıntıların hesabını soruşmaq üçün icra hakimiyyətinə gedənlər oradan polis gücü ilə uzaqlaşdırılır. Məhz icra hakimiyyətində qarşılaşdığı münasibətə görə orada ürəyi dayanan Qoltuq kənd sakini Yusif kişinin son halını özünü müstəqil sayan telekanalın iki əməkdaşı görsə də görüntülər deyəsən, mərkəzə göndərilmədən icra hakimiyyəti bu ayıbı ört-basdır edib”.

Qaramanlı sakinlərinin əsas narazılıqlarından biri də qaz xətlərinin yerin altı ilə aparılmasıdır. Qonşu kəndlərdə bu xətlər xəritə ilə, plan üzrə çəkilib, bu kənddə isə qaydalara məhəl qoyulmayıb.

Ənənəvi problemlərdən biri də işsizlikdir. S.Fərəcov hesab edir ki, kəndlilərin işlə təminatı üçün kəndin kifayət qədər resursları var. Ancaq işsizlik üzündən kənddəki gənc nəsil ya paytaxta, ya da ölkədən kənara üz tutur: "Normal yaşayşını qurmaq istəyənlərin ağlına ilk gələn bu olur ki, ailəsini də götürüb kənddən çıxsın. Hərə qapısına bir qıfıl vurub çıxıb gedir”.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev hesabat çıxışında bildirib ki, ötən il ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən rayona 12 milyon 284,0 min kub metr həcmində təbii qaz verilib. Əhali abonentlərinin sayğaclaşdırılması 100 faiz təşkil edir. Ötən il ərzində kəndlər arasında yalnız Kürqarabucaq kəndi qazlaşdırılıb. Hazırda isə Aşağı Surra və Birinci Qaralı kəndlərində qazlaşdırma işləri aparılır.

Aşağı Qaramanlıdan fərqli olaraq Yuxarı Qaramanlı kənd tam orta və 200 yerlik Kürkənd kənd ümumi orta məktəbləri üçün yeni məktəb binaları tikilib. Aşağı Surra kənd tam orta məktəbi üçün isə 10 əlavə sinif otağının tikintisi başa çatıb. Başçı digər kəndlərin də qazlaşdırılması, yollarının, məktəblərinin bərpa edilməsi işlərinin növbəli qaydada həyata keçirildiyini qeyd edib.

Qaynar.info

Вернуться назад