Главная > Aktual > İŞİD-ə böyük zərbə: Əbubəkrin sağ qolu ələ keçdi

İŞİD-ə böyük zərbə: Əbubəkrin sağ qolu ələ keçdi


10-05-2018, 20:08.

            İŞİD-ə böyük zərbə: Əbubəkrin sağ qolu ələ keçdi

 

İŞİD liderinin Türkiyədə yaxalanan sağ qolu İsmail İthavi (Əbu Zeyd əl İraqi) bizə təslim edilib.

Axar.az xəbər verir ki, bu sözləri İraqın hökumətinin təhlükəsizlik müşaviri Hişam Haşimi deyib.

O bildirib ki, sözügedən şəxsin telefonunda olan tətbiqetmə sayəsində 4 İŞİD komandanı da nəzarətə götürülüb:

"Əbu Zeyd fevral ayında tutulmuşdu. Bu yaxınlarda isə İraq hökumətinə təhvil verildi. Terrorçunun telefonunda olan Teleqram mesajlaşma proqramı vasitəsilə digər 4 İŞİD komandanı aldadılaraq İraqa gətirilib. Onlar elə sərhəddəcə tutulub. Terrorçuların arasında Şərqi Fəratın valisi Səddam Camal da var”.

Haşimi bildirib ki, İsmail və Camal bu günə qədər İŞİD-in yaxalanan ən böyük rütbəli terrorçularından biridir.

 


Вернуться назад