Главная > GÜNDƏM > Paşinyan təhlükəsizlik və polis şeflərini vəzifədən çıxarır

Paşinyan təhlükəsizlik və polis şeflərini vəzifədən çıxarır


10-05-2018, 16:11.

               Paşinyan təhlükəsizlik və polis şeflərini vəzifədən çıxarır

 

Ermənistanın baş naziri Nikol Paşinyan yüksək vəzifəli iki məmurun işdən azad olunmasına qərar verib. Novator.az-ın məlumatına görə, o, mayın 10-da prezident Armen Sərkisyana təqdimat göndərərək Georgi Kutoyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru, Vladimir Qasparyanın Ermənistan Polisinin rəisi postlarından çıxarılmasını istəyib.

Prezident Armen Sərkisyan Nikol Paşinyanı mayın 8-də baş nazir təyin edib. Bununla yeni hökumətin qurulmasına yol açılıb. Hökumət baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarətdir. Kabinetin nəzdində Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi, Şəhərsalma Komitəsi, Mülki Aviasiya Baş İdarəsi, Daşınmaz Əmlakın Kadastrı Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi, Dövlət Əmlakı İdarəsi, Dövlət Gəlirləri İdarəsi də var. Təyinatları baş nazirin təqdimatı ilə prezident gerçəkləşdirir.

Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan mayın 8-i parlamentdə baş nazir seçilib. O, 105 deputatı olan Milli Məclisdə 59 nəfərdən dəstək alıb.

Konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanı, baş nazir dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirən ali vəzifəli şəxsdir.

Vladimir Qasparyan Ermənistan Polisinin rəisi postunda 2011-ci ildən çalışır, Georgi Kutoyan isə 2016-cı ildən Milli Təhlükəsizlik Xidmətinin direktorudur.

 


Вернуться назад