Главная > İdman > Arda Turan rekord cəza alıb
Arda Turan rekord cəza alıb10-05-2018, 19:38. |
Arda Turan rekord cəza alıbTürkiyə Futbol Federasiyasının (TFF) İntizam Komissiyası "Başakşehir" komandasının oyunçusu Arda Turan haqqında qərarını açıqlayıb. APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, A. Turan 16 rəsmi matçda oynamaqdan məhrum edilib. Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" qarşılaşmasında Arda yan hakimin qərarına etirazını bildirib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.
Вернуться назад |