Главная > Mövqe > Ermənistan prezidenti Qarabağda gərginliyin arta biləcəyini istisna etmir

Ermənistan prezidenti Qarabağda gərginliyin arta biləcəyini istisna etmir


8-05-2018, 11:59.

              Ermənistan prezidenti Qarabağda gərginliyin arta biləcəyini istisna etmir

 

Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan "Exo Moskvı" radiosunun suallarına cavab verərək, deyib ki, Azərbaycan prezidenti İlham Əliyevi kifayət qədər yaxşı tanıyır, anca siyasət və vəziyyət elədir ki, hazırkı məqam həssasdır, Qarabağda gərginliyin arta biləcəyini heç bir halda istisna etmək olmaz.

O, bu suala Ermənistandakı vizyyətin, hakimiyyət dəyişikliyinin Qarabağdakı situasiyaya təsir edib-etməyəcəyi barədə suala cavab olaraq deyib.

Prezident qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən sərhədlərin təhlükəsizliyi ilə ciddi şəkildə məşğul olur. O, bu kontekstdə Moskva ilə münasibətlərə də toxunub: "Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Hamıya məlumdur ki, Ermənistan ordusu Rusiya ordusuna çox yaxındır. Bizim ordumuz Rusiyada texniki dəstək görür, NATO və Çindən yox" .

 


Вернуться назад