Главная > Ölkə > Bu siqaretlərin qiyməti düşdü-SİYAHI

Bu siqaretlərin qiyməti düşdü-SİYAHI


8-02-2016, 14:57.

Azərbaycan bəzi siqaretlər ucuzlaşıb - SİYAHI

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. "Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Whinston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.

 

Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

 

Şirkət rəsmisi bildirib ki, "Whinston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.

 

"Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq", - deyə şirkət rəsmisi qeyd edib


Вернуться назад