Главная > Ümumi / Region > "Parlament seçkilərində fəal olaq!” layihəsi çərçivəsində növbəti təlim - SUMQAYITDA

"Parlament seçkilərində fəal olaq!” layihəsi çərçivəsində növbəti təlim - SUMQAYITDA


27-10-2015, 16:07.

 

 

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi və "Gənclərin Həmrəyliyi” ictimai bilriyinin təşkilatçılığı ilə "Parlament seçkilərində fəal olaq!” layihəsi çərçivəsində 2–ci təlim keçirilib.


Qeyd edək ki, ilk təlimdə gənc seçicilər nəzəri biliklərə yiyələnmişdir. Təlimçi Zaur Ağazadə 2-ci təlim prosesində iştirakçılar arasında səsvermə prosedurundan və həyata keçirilməli olan fəaliyyətlərdən,seçki komissiyaları, seçkilər zamanı səsvermə otağı, seçki bülleteni, səsvermə qaydası ilə bağlı forum teatr keçirillməklə praktik biliklər aşılamışdır.


Layihənin məqsədi ilk dəfə səs verəcək gənclərə seçkilərin təşkili ilə bağlı ətraflı məlumatın verilməsi, seçkilərdə iştirakın hüquq olmaqla yanaşı, vətəndaş məsuliyyəti və borcu olması ideyasının aşılanması, seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı mövcud olan qaydalar haqqında təlim iştirakçılarını maarifləndirməkdir.


Layihə çərçivəsində Sumqayıt şəhərində ilk dəfə səs verəcək 300 nəfər gəncin iştirakı ilə təlimlər keçiriləcək.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


 
 
 ULUYOL.İNFO

Вернуться назад