Главная > Dünya > İŞİD Mosulda 300 nəfəri edam etdi
İŞİD Mosulda 300 nəfəri edam etdi8-02-2016, 14:37. |
Terrorçu İŞİD qruplaşması İraqın şimalında yerləşən Mosul şəhərinin 300 sakinini qətlə yetirib.
"Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bunu "milli qurtuluşçu"ların təmsilçisi Mahmud əs-Surci bildirib. "İŞİD dəstələri Mosulun mərkəzində yeni qətliam törədərək 300 nəfəri edam ediblər", - deyə o vurğulayıb. Əsil ən-Nuceyfin başçılıq etdiyi "Milli Qurtuluş" hərbi birləşməsinin təmsilçisi əlavə edib ki, qətlə yetirilənlərin çoxu keçmiş hərbçi və polis olub. Вернуться назад |