Главная > Dünya > Kosmosdan düşən meteorit dağıntılar yaratdı,bir nəfər dünyasın dəyişdi

Kosmosdan düşən meteorit dağıntılar yaratdı,bir nəfər dünyasın dəyişdi


8-02-2016, 14:31.

İnsanın meteorit düşməsindən öldüyü ilk təsdiqlənmiş fakt Hindistanda qeydə alınıb.  

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Hindistanın Tamilpandu ştatının Vellor rayonunda baş verib. Meteoritin insan öldürdüyünü ştatın baş naziri Cayaram Cayalalitha da təsdiqləyib.

"Faciə ötən gün baş verib, meteorit Vellor rayonundakı özəl mühəndis kollecinin həyətinə düşüb”.  

Fəzadan gələn cismin yerə çırpılması nəticəsində güclü partlayış baş verib, yaxınlıqdakı evlərin və kollecin pəncərələri sınıb, ərazidə dərin krater yaranıb.  

Həlak olan şəxsin sürücü olduğu və ərazidən təsadüfən keçdiyi aydınlaşıb. Mühəndislik kollecinin 3 bağbanı isə xəsarət alıb.  

Tarixdə meteoritin canlı öldürməsi faktı yalnız bir dəfə qeydə alınmışdı. 1972-ci il oktybarın 15-də Venesuelada meteorit inəyi öldürmüşdü.  


Вернуться назад