Главная > Ədəbiyyat > "Yoxdur!" (şeir)

"Yoxdur!" (şeir)


3-05-2018, 16:57.

               "Yoxdur!" (şeir)

    Yoxdur!


Kim bilir hardadı, sağdı, bəlkədə,
Ölüb bu dünyanın yiyəsi yoxdur.
Yerdədi, göydədi, ya bir ölkədə,
Ya mənim ağlımın tiyəsi yoxdur.
=========================
Eşidsin səsimi, eşidsin Ağa,
Qabardıb köksünü dursun qabağa
Deyirlər ustadır, biləndir Qağa ,
Düzəltsin, törpüsü, yeyəsi yoxdur?.
==========================
Sevir öc almadan barışanları,
Var dövlət yığmaqla yarışanları,
Nədən beləsini soruşanları,
Deyir gördüyündür, niyəsi yoxdur.
==========================
Xəyal Məhəmmədi bezib əlindən,
Hürküb obasından, qaçıb elindən,
Tutun dara çəkin onu dilindən,
Özünü asmağa ciyəsi yoxdur.

 
Məhəmməd Xəyal

Вернуться назад