Главная > Araşdırma > Kimlər Ermənistanın baş naziri olub?

Kimlər Ermənistanın baş naziri olub?


3-05-2018, 12:42.

                       Kimlər Ermənistanın baş naziri olub? 

 

Bu il aprelin 9-dan Ermənistanda icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərinin, diplomatik nümayəndələrin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir. Qubernatorların təyinatı baş nazirin səlahiyyətindədir.

Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir Təhlükəsizlik Şurasına sədrlik edir, müharibə zamanı ali baş komandan olur. Baş Qərargah rəisi, qoşunların ali komandan heyəti vəzifəyə baş nazirin təqdimatı ilə təyin edilir.

2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan aprelin 17-də baş nazir postuna keçsə də, aprelin 23-də xalq etirazları səbəbindən istefa verdi. Mayın 8-də baş nazir postuna müxalif deputat Nikol Paşinyanın gətiriləcəyi gözlənir.

Novator.az bildirir ki, Serj Sərkisyan 2007-2008-ci illərdə də Ermənistanın baş naziri olub.

1991-ci ildə müstəqilliyini bərpa edəndə Ermənistanda baş nazir postunu Vazgen Manukyan tutub.

1991-1992-ci illərdə Qaqik Arutyunyan hökumət başçısı səlahiyyətlərini icra edib.

Sonrakı illərdə bu şəxslər baş nazir kürsüsündə əyləşib: Xosrov Arutyunyan (1992-1993), Qrant Baqratyan (1993-1996), Armen Sərkisyan (1996-1997), Robert Köçəryan (1997-1998), Armen Darbinyan (1998-1999), Vazgen Sərkisyan (1999), Aram Sərkisyan (1999-2000), Andranik Marqaryan (2000-2007), Tiqran Sərkisyan (2008-2014), Ovik Abramyan (2014-2016), Karen Karapetyan (2016-2018).

 


Вернуться назад