Главная > Dünya > ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər ölüb
ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər ölüb3-05-2018, 09:50. |
ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir. AZƏRTAC-ın məlumatına görə, CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi. Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub.
Вернуться назад |