Главная > İdman > "Qarabağ" Billiata yaxşı pul verəcək" - baş məşqçi

"Qarabağ" Billiata yaxşı pul verəcək" - baş məşqçi


3-05-2018, 12:29.

              "Qarabağ" Billiata yaxşı pul verəcək" -baş məşqçi

 

Xama Billiatın mövsümün sonunda "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər özünü doğrultmağa başlayır.

Qol.az-ın "sowetanlive.co.za" saytına istinadən yaydığı xəbərə görə, zimbabveli hücumçunun oynadığı "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane də futbolçunun Ağdam klubuna keçə biləcəyini bildirib:

"Yayılan söz-söhbətlər onun "Qarabağ"a keçəcəyindən xəbər verir. Eşitdiyimə görə, onlar Billiata yaxşı pul verəcəklər. Xama bizimlə müqaviləni yeniləmədiyi üçün onunla görüşüb söhbət etməli oldum. Açıq danışsaq, Billiat bizə 5 gözəl il bəxş etdi. Artıq onu buraxmağın vaxtı çatıb".

Qeyd edək ki, uzun müddətdi "Qarabağ"ın maraq dairəsində olan Billiatın yaxın zamanda Ağdam klubuna keçəcəyi gözlənilir.

 


Вернуться назад