Главная > İdman > “Neftçi” klubuna yeni sözçü təyin olunub
“Neftçi” klubuna yeni sözçü təyin olunub2-05-2018, 21:27. |
"Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. "Report"un məlumatına görə, klub rəhbərliyinin qərarıyla bu posta Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq. 1987-ci il təvəllüdlü Rüstəm Əbülfət oğlu Allahverdiyev Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın "Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Mətbuat xidməti olub.
Вернуться назад |