Главная > Hadisə > Bərdədə avtomobil yaşlı qadını vuraraq öldürüb

Bərdədə avtomobil yaşlı qadını vuraraq öldürüb


2-05-2018, 23:28.

             Bərdədə avtomobil yaşlı qadını vuraraq öldürüb

 

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Qurdlar kəndində qeydə alınıb.

77 yaşlı kənd sakini Hürü Quluyeva yolu keçmək istəyərkən "VAZ" markalı avtomobil onu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад