Azərbaycan Dövlət Neft Şirkətinin
vəsaitlərini talamaqla tanınan SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi,
"SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlunun İsveçrə
banklarındakı hesabında 28 milyon dollar dondurulub.
İndi ictimaiyyəti bir məsələ
çox düşündürür:Axı Vaqif Əliyevin azyaşlı
oğlu hansı bacarığın sahibdir ki, az müddətdə bu qədər milyonlara sahib ola
bilib?Görünür, o, dövlətin pullarını peşəkar şəkildə mənimsəməkdə
atasından çox şeyi öyrənib. Məhz mənimsədiyi vəsaitlər hesabına Vaqif Əliyev
dünyanın bir sıra ölkələrində öz biznes imperiyasını qurub.
Avropa.info bildirir ki, İsveçrə hökuməti tərəfindən
Vaqif Əliyevi qəfil ifşası çox məqamlardan xəbər verir. Ən azı düşünmək olar
ki, indi Vaqif Əliyevin dəbdəbəli həyat tərzi keçirən oğlunu korrupsiya cinayətləri
üzrə həbs gözləyir. Çünki İsveçrə Konfederasiyası hökuməti sözügedən vəsaiti
çirkli pullar hesab edir. Bununla əlaqədar İsveçrə Konfederasiyası hökuməti Azərbaycanın
müvafiq qurumlarını da xəbərdar edib. Hətta yaxın vaxtlarda İsveçrə Federal
Şurası tərəfindən Vaqif Əliyevin bütün aktivlərinin dondurulması gözlənilir.
Əgər aparılan təhqiqat nəticəsində bu aktivlərin qanunsuz
yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Azərbaycan
dövlətinə qaytarmağa borcludur.
Hazırda Azərbaycanın müvafiq
qurumlarının bu məsələ ilə bağlı hansı addımları atması hələlik bizə məlum
olmasa da, görünən odur ki, Vaqif Əliyev bütün vasitələrlə özünü xilas etməyə
çalışır. Xatırladaq ki, bu gün rəsmi məlumatlara görə, SOCAR özünün SOCAR
Turkey törəmə şirkəti ilə Türkiyə iqtisadiyyatına 12,6 mlrd. dollar sərmayə
yatıraraq, bu ölkədə ən böyük investora çevrilib.
SOCAR Turkey-in strukturuna
Petkim, STAR Rafineri, Petlim, SOCAR Fiber, SOCAR Dagitim, SOCAR Depolama kimi
şirkətlər daxildir. SOCAR-ın törəmə şirkəti həmçinin TANAP layihəsində 7% pay
alıb.
Razılaşaq ki, bu hətta Azərbaycan kimi zəngin ölkə üçün
böyük yatırımlardır – axı unutmaq olmaz, SOCAR qardaş ölkənin iqtisadiyyatına şəxsi
deyil, dövlətin pullarını yatırıb.
Bu gün SOCAR Türkiyə şirkətində Vaqif Əliyevin rəhbərliyi
altında onlarla şirkət fəaliyyət göstərir, onlara milyardlarla dollar vəsait
yatırılıb, 2020-ci ilin sonuna isə Azərbaycanın Türkiyəyə yatırımlarının həcminin
19,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.
Belə investisiyalar şirkət rəhbərliyindən maksimal peşəkarlıq,
dövlətin hər bir qəpiyinin hesablanması, gələcək investisiyalar üçün ölkə və
şirkət rəhbərliyinə təqdim olunan layihələrin dərin təhlilinin aparılmasını tələb
edir.
Lakin reallıqda biz nə alırıq? Əgər axtarış sistemlərində
Vaqif Əliyevin adını yazsaq, KİV-də başçılıq etdiyi şirkətin fəaliyyəti
haqqında bir neçə növbətçi bəyanatlardan başqa, biz böyük mətbu orqanlarda
sonuncunun Fətullah Gülənin terrorçu FETÖ təşkilatı ilə sıx əlaqələrindən bəhs
olunan onlarla məqalə ilə qarşılaşırıq.
Türkiyənin "Sabah” qəzetinin hələ 2015-ci ildə yazıdığına
görə, Fətullah Gülən və onun tərəfdarları Türkiyənin energetika sektorunu özlərinə
tabe etmək üçün qardaş ölkənin bu sənayesinə onlarla milyard dollar yatırmağa
hazırlaşan SOCAR-da öz adamlarını yerləşdiriblər. Bu adamların başlıca məqsədi
isə təmsil etdikləri şirkətlərə gəlir gətirmək yox, Türkiyə hakimiyyətini, o
cümlədən prezident Ərdoğanı dəstəkləyən sənayeçilərin mövqelərinin zəiflədilməsi
olub.
Əlbəttə, yekunda Azərbaycan dövləti, Azərbaycan xalqı on
milyardlarla dollar vəsait itirir, onun pulları uğurlu layihələrə yox, gülənçilərin
Türkiyənin qanuni hakimiyyəti ilə mübarizəsinə sərf olunur. Bir neçə il əvvəl
Türkiyə rəhbərliyi terrorçu-gülənçilərlə mübarizəyə başladı və Azərbaycan tərəfi
bu işdə onlara dəstək oldu, özünü SOCAR Turkey-in rəhbərliyinə soxmuş bir çox
nurçular işdən qovuldular. Lakin bu gün SOCAR Turkey-in qardaş ölkənin ərazisindəki
fəaliyyətini təhlil edib, bunun tam belə olmadığı qənaətinə gəlirsən.
Belə ki, SOCAR Turkey-in
indiki rəhbəri Vaqif Əliyevin adı daim "nurçu”, "gülənçi” kimi sözlərlə yanaşı
çəkilib. Buna əmin olmaq üçün Azərbaycan və Türkiyə KİV-dəki çoxsaylı məqalələri
oxumaq kifayətdir. Axı "Sabah” qəzeti kimi hörməli mətbu orqan əlində konkret
sübutlar olmadan gülənçi Vaqif Əliyev haqqında yazmazdı. Nəzərə alaq ki, həmin
yazıda adı keçən bir çox şəxslər nəticədə öz işlərini itirdilər, onların
günahları sübut olundu. Lakin şirkət rəhbəri Vaqif Əliyev əsl nurçu davranışı
nümayiş etdirərək, bu dəfə də gizləndi və SOCAR Turkey-in başında dayanaraq, müəllimi
Gülənin qardaş Türkiyə rəhbərliyinə qarşı müharibəsini davam etdirdi. Bu məqsədlə
xərclənən milyardlar isə Azərbaycan xalqının və dövlətinindir.
Belə ki, bu gün Petkim istisna olarsa, SOCAR Turkey-in
bütün digər fəaliyyəti yalnız Azərbaycanla bağlıdır – bura həm neft və neft məhsulları,
həm də qaz ixracı daxildir. Gələcək neft-kimya layihələrinin böyük əksəriyyəti
də məhz Azərbaycan qazına söykənir.
Başqa sözlə, bu şirkətlər Azərbaycan qazının satışında
vasitəçi rolunu oynayacaqlar və beləliklə, Azərbaycan üçün heç bir əlavə dəyər
formalaşdırmayacaqlar. Onlar Türkiyədə qazın yayılması şəbəkəsini quraraq,
qardaş ölkə bazarında uğurlu ola bilərlər, yəni qısaca, gülənçilərin Ərdoğan tərəfdarları
sənayeçilərlə mübarizəsi prizmasından.
Lakin Azərbaycan üçün böyük gəlir gözləməyə dəyməz. SOCAR
Turkey-in indiki rəhbərliyinin yatırımları sadəcə Türkiyə rəhbərliyinə yaxın şəxslərin
bazardan çıxarılmasını nəzərdən tutur və belə fəaliyyət Azərbaycana heç bir gəlir
gətirmir. Gülənçi Vaqif Əliyevin tək məqsədi var. Və bu məqsəd Azərbaycan
xalqının və dövlətinin rifahı deyil. Digər tərəfdən Vaqif Əliyev və onun
oğlunun bu əməlləri ölkə başçısının məmur övladları ilə bağlı etdiyi xəbərdarlıq
çıxışlarına adekvat deyil. Təcrübə də göstərir ki, prezident İlham Əliyev
xalqın və dövlətin vəsaitlərini oğurlayan, xaricdə dəbdəbəli həyat tərzi keçirən
bu cür məmurları əsla bağışlamır. Yaxın tarixə nəzər salsaq görərik ki, son illər
ölkə başçısı qudurğanlıq edən məmur övladlarının əməllərinə görə nə qədər dövlət
məmurunu işdən azad edib.
Burada maraqlı sual da ortaya çıxır, məgər Vaqif Əliyev
prezident İlham Əliyevin etimadını itirmiş digər məmurların sonrakı aqibətini
düşünmür? Axı həmin məmurlar da məhz övladlarının harın əməllərinə görə
prezidentin etibarını itiriblər.
Buna görə də hər bir insan
hansı mənsəb və ya var-dövlətə sahib olmasından asılı olmayaraq, həddini
aşmamalıdır. Həmişə çalışıb həddini bilməlidir. Nəfsin ağıla bələdçilik elədiyi
insanlarda, ailədə, nəsildə və cəmiyyətdə heç kim xoşbəxt ola bilməz. Övladı
harınlıq edən məmur gedib hansısa strukturda yüksək vəzifədə otura və ya pulun,
milyonların içində üzə bilər, amma o mənsəb və pullar onun üçün "qızıl ləyən”dir,
içində qan qusur. Gərək ki, Vaqif Əliyev də bu məsələlərdə "gözü çıxmış
qardaş”ından öyrənsin!
Вернуться назад
|