Главная > Aktual > “Rusiya ölkəmizi işğal edə bilər” - Prezidentdən xəbərdarlıq

“Rusiya ölkəmizi işğal edə bilər” - Prezidentdən xəbərdarlıq


2-05-2018, 17:06.

               "Rusiya ölkəmizi işğal edə bilər”- Prezidentdən xəbərdarlıq

Rusiya bütün Ukraynanı işğal etməyə hazırlaşır.

 

Bunu Prezident Pyotr Poroşenko deyib. Dövlət başçısı Rusiyanın Ukraynaya gözlənilməz hücuma hazırlaşdığını da iddia edib.

 

"Rusiya Ukraynanı işğal etməyə hazırdır. Lakin Ukrayna ordusu da bu hücuma hazırdır. Dünyanın ən güclü 29 ordusundan biri Ukraynanındır. Biz bu ordunun gücünə Rusiyanın işğal cəhdlərinin qarşısını ala bildik. Lakin buna baxmayaraq, Rusiya Ukraynaya növbəti hücuma hazırdır. Bizim üçün Rusiya Krım və Donbası işğal edən ölkədir”, - deyə Poroşenko qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Rusiyanın Krım yarımadasındakı silahlı qüvvələrinin şəxsi heyətinin sayını 300 min nəfərədək artdırdığını açıqlamışdı.

 


Вернуться назад