Главная > Aktual > Tiflis İnqilab meydanının adını dəyişir

Tiflis İnqilab meydanının adını dəyişir


2-05-2018, 11:10.

                Tiflis İnqilab meydanının adını dəyişir

 

Tiflisin mərkəzində yerləşən Qızılgül İnqilabı meydanının adı dəyişdirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Tiflis Şəhər Şurası yayıb. Şura bu meydanın adının Birinci Demokratik Respublika adlandırılacağını bildirib. Şəhər şurasının bununla bağlı qərarı bu gün qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, bu meydan Mixail Saakaşvilinin rəhbərliyi ilə gerçəkləşdirilən Qızılgül İnqilabından sonra inqilabın şərəfinə bu cür adlandırılıb.

 


Вернуться назад