Главная > Dünya > Parisdə nümayişlər zamanı 276 nəfər saxlanılıb

Parisdə nümayişlər zamanı 276 nəfər saxlanılıb


2-05-2018, 10:07.

            Parisdə nümayişlər zamanı 276 nəfər saxlanılıb

 

Fransanın paytaxtı Parisdə 1 may nümayişləri zamanı 276 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan 276 nəfərdən 102-i barəsində həbs qətimkan tədbiri seçilib.

Parisdə keçirilən 1 may nümayişləri zamanı çoxsaylı iğtişaşlar baş verib. 31 mağaza dağıdılıb, onlarla avtomobil yandırılıb. 4 nəfərin xəsarət aldığı deyilir.

 


Вернуться назад