Главная > Siyasət > Bu ölkə İranla əlaqəni kəsdi

Bu ölkə İranla əlaqəni kəsdi


2-05-2018, 10:35.

                          Bu ölkə İranla əlaqəni kəsdi

Mərakeş İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

 

Xarici işlər naziri Nasır Burita bildirib ki, Mərakeş Livanda yerləşən Hizbullah təşkilatı ilə Polisario Cəbhəsi arasındakı əlaqələrə görə İranla diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib.

 

İddiaya görə, İranın dəstəklədiyi Hizbullah təşkilatı Polisario Cəbhəsini təlimatlandıraraq Livanda qarışıqlıq yaratmaq istəyir.

 

Qeyd edək ki, Mərakeş 1975-ci ildə keçmiş İspaniya müstəmləkəsi olan Qərbi Saxaranı torpaqlarına qatmasından sonra Əlcəzairin dəstək verdiyi Polisario Cəbhəsi ilə Mərakeş arasında gərginlik yaranıb. Polisario Cəbhəsi Mərakeşdən ayrılmağı tələb edir və bu ayrılığı "Qərbi Saxara xalqının öz müqəddəratını təyin etmə hüququ (self-determination)" çərçivəsində görür.

 

Polisario Cəbhəsi 1991-ci ildə BMT-nin himayəsi ilə əldə olunan atəşkəs razılaşmasına qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparıb. Atəşkəs razılaşmasından bu yana Qərbi Saxaranın statusu ilə bağlı aparılan danışıqlar uğursuz olub.

 


Вернуться назад