Главная > Sosial > Ekologiya nazirliyinin aparat rəhbəri Rövşən Cəlilovun “təbii sərvətlər” biznesi və monopoliya edilən meşələr
Ekologiya nazirliyinin aparat rəhbəri Rövşən Cəlilovun “təbii sərvətlər” biznesi və monopoliya edilən meşələr1-05-2018, 11:06. |
Ekologiya nazirliyinin aparat rəhbəri Rövşən Cəlilovun "təbii sərvətlər” biznesi və monopoliya edilən meşələrEkologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Rövşən Cəlilov nazirliyin tabeliyində olan Meşələrin Mühafizəsi və Bərpası İdarələrinin müdirlərini öz nəzarəti altında saxlamaqla, işini bitmiş saymır… Aparat rəhbəri həm qulluq, həm də nazirin ona sonsuz etimadından yararlanaraq, "Ağ Göl” və "Hirkan” milli parklarında yaşayan "şahin quşu” biznesini də çiçəkləndirməyə başlayıb:
Bildirilir ki, "Həmin biznesi də öz nəzarəti altına alan Rövşən Cəlilov bu işdən ildə milyonlarla dollar qazanc əldə edir. Aparat rəhbərinin bu işlə məşğul olan "xüsusi” dəstəsi var. Həmin dəstə ildə bir neçə dəfə şahin quşlarını tutaraq Ərəb ölkələrindəki müştərilərinə satırlar. Aparat rəhbərinin əsas gəlirlərindən biri də Zaqatala, Balakən, Qax, İsmayıllı, Lerik və meşəçiliyin inkİşaf etdiyi digər rayonlarda meşə ərazilərindəki müxtəlif bahalı ağacların satışı biznesidir. Bu işlə Rövşən Cəlilovun qaynı və yaxın qohumu məşğul olur. Belə ki, paytaxtda bahalı ofis mebeli istehsal edən bir neçə sexə verilən ağacları aparat rəhbərinin qohumları təmin edir. Həmin mebellərin ən ucuzu 15 mindən başlayır, 80 min manata qədər yüksəlir…”. Məlumatlı şəxs bildirir ki, Müşviqabad qəsəbəsində Rövşən Cəlilovun qohumlarına məxsus ofis və mebeli istehsal edən 2 sex var: "Bundan başqa, bir çox ölkələrdə qızıldan qiymətli olan və
tapılmayan "dombalan” adlı yabanı tərəvəzin biznesi də məhz Rövşən Cəlilova məxsusdur.
Meşə torpaqlarının qumsal yerlərində bitən bu tərəvəzin yığılmasıni Aparat rəhbərinin
bir xususi qrupu həyata keçirir. Adıçəkilən tərəvəz isə əsasən Ərəb və
Avropanın bir çox ölkələrinə idxal olunur. Həmin tərəvəzin 1 kilosu Ərəb ölkələrində
250 – 300 dollaradır. Bu tərəvəzin xüsusilə şəkər xəstəliyinin dərmanı olduğu
deyilir. Təkcə "dombalan” biznesindən Rövşən Cəlilovun hər il 5-10 milyon
arasında gəlir əldə etdiyi bildirilir. Məlumata görə, nazirliyin aparat rəhbəri Göygöl rayonunda – Hacıkənd yaxınlığında böyük bir villa tikdirib: "Düzdür, o, məmur olduğundan villanı öz adına rəsmiləşdirməyə bilər. Amma nazirlikdə və elə həmin kənddə hamı bilir ki, Rövşən Cəlilovun bu villasının qiyməti bir neçə milyon manatla ölçülür. Eyni zamanda, İsmayılı, Zaqatala və Qax rayonlarında yol qırağında yerləşən bir çox meşə əraziləri də Rövşən Cəlilovun qohumlarının və yaxınlarının adına üzunmuddətli müqavilə əsasında sənədləşdirilib”. Məlumatda o da iddia olunur ki, aparat rəhbəri son illər əldə etdiyi varidatını Şərqi Avropaya daşıyır: "Belə ki, onun Bolqarıstanda dəniz kənarında yerləşən Varna şəhərində böyük bir istirahət mərkəzi və dəbdəbəli bir villa aldığı deyilir. Bununla yanaşı, aparat rəhbərinin Türkiyənin İstanbul və Bodrum şəhərlərində daşınmaz əmlak aldığı haqda da xəbərlər var. Nəyin hesabına?! Bax, əsl araşdırmalı mövzular bunlardır”.(gundemshok)
Uluyol.az
Вернуться назад |