Главная > Dünya > Angela Merkelin Türkiyəyə önəmli səfəri başlandı

Angela Merkelin Türkiyəyə önəmli səfəri başlandı


8-02-2016, 14:10.
Angela Merkelin Türkiyəyə önəmli səfəri başlandı
Almaniya kansleri Angela Merkel Türkiyənin Suriyadan gələn köç axını ilə qarşı-qarşıya qalması səbəbi ilə Ankaraya önəmli səfər edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Merkelin səfərində əsas gündəm Türkiyə və Avropa İttifaqı arasında əldə olunan köç planı olacaq.

Məlumata görə, A.Merkel bu gün ilk olaraq, Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək. 

Almaniya kanslerinin daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü gözlənilir.

A.Merkel ötən il oktyabrın 18-də Türkiyəyə səfər etmişdi.
 

Вернуться назад