Главная > Siyasət > Müsavat Divanı regiondakı son prosesləri müzakirə etdi

Müsavat Divanı regiondakı son prosesləri müzakirə etdi


1-05-2018, 08:29.

              Müsavat Divanı regiondakı son prosesləri müzakirə etdi 

 

Dünən (30 aprel)  Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclas 9 il əvvəl – 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı Divan üzvlərinə məlumat verib.

"Cümhuriyyət–100” tədbirləri çərçivəsində davam edən şahmat turniri haqda və digər tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Şahmat turnirinin yüksək səviyyədə davam etməsi xüsusi vurğulanıb.

Daha sonra Avropada səfərdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı telefon vasitəsilə Divan iclasına qatılıb. 27-28 aprel 2018-ci il tarixdə Avropa Liberal Demokratik Alyansının (ALDE) Bolqarıstanın Sofiya şəhərində keçirilən toplantısı haqqında məlumat verib. Tədbir çərçivəsində Müsavat Partiyasının başqanı ALDE prezidenti Hans Van Ballenlə, Avropa Parlamentinin üzvləri və Alyansa daxil olan siyasi partiya rəhbərləri ilə ikitərəfli və çoxtərəfli görüşləri, görüşlərdə əsasən Azərbaycanda keçirilən son prezident seçkiləri, demokratiya və insan haqları sahəsindəki vəziyyət, siyasi məhbuslar və digər mövzuların müzakirə olunduğunu Divan üzvlərinin diqqətinə çatdırıb. Müzakirələrdə postsovet və Şərqi Avropa ölkələrindəki partiyalarla siyasi əlaqələrin daha da dərinləşməsi istiqamətində fəaliyyətə üstünlük verildiyini qeyd edib.

Divanda ölkədə və regionda baş verən son proseslər geniş müzakirə olunub.

 


Вернуться назад