Главная > Baş Xəbər / Aktual > ABŞ-ı qarışdıran iddia: Tramp haqda dəfələrlə “axmaq” sözü işlədib

ABŞ-ı qarışdıran iddia: Tramp haqda dəfələrlə “axmaq” sözü işlədib


1-05-2018, 15:17.

             ABŞ-ı qarışdıran iddia: Tramp haqda dəfələrlə "axmaq” sözü işlədib

 

Ağ Evin baş katibi Con Kelli ABŞ rəsmiləri ilə görüşlərdə prezident Donald Tramp haqda dəfələrlə "axmaq” ifadəsini işlətdiyi, özü bu vəzifədə olmadığı təqdirdə "fəlakət baş verəcək” dediyi iddia olunur.

Avropa.info xəbər verir ki, bu barədə Amerikanın NBC News kanalı Tramp dövründə vəzifə başında olmuş səkkiz nəfər rəsmi şəxsə istinadən yaydığı xəbərdə deyilir. Kanal Con Kellinin özünü xilaskar kimi təqdim edib prezidentə həqarət edən şərhlərlə ətrafdakıların əhvalını pozduğunu bildirib.

Kanala müsahibə verən şəxslərin Kelli üçün axmaq sözünü dəfələrlə istifadə etdiyini eşitdiklərini bildiriblər.

"İnana bilməyəcəyiniz şeylər deyir. Ağzından çıxan sözləri eşidincə "benu deməlisən” deyə düşünür insan” – rəsmilərdən biri belə deyib.

Kelli isə ABŞ-da gündəmi dəyişdirən NBC xəbərindəki iddiaları "tam bir axmaqlıq” deyə qiymətləndirib:

"Prezidentlə hər kəsdən çox vaxt keçirən mənəm. Çox səmimi və güclü münasibətimiz var. O, mənim harada olduğumu bilir, bu xəbərin tam bir axmaqlıq olduğunu ikimiz də bilirik”.

NBC News Kellinin Tramp haqında istifadə etdiyi bəzi sözlərdən prezidentin də xəbərdar olduğunu bildirərək Ağ Evin baş katibinin yaxın vaxtlarda vəzifəsən çıxarıla biləcəyini iddia edib.

Qeyd edək ki, Tramp onun haqda "axmaq” ifadəsini işlətdiyi iddia edilən Reks Tillersonu az müddət sonra işdən çıxarmışdı.

 


Вернуться назад