Главная > Ölkə > Təbriz küçəsinin də bir hissəsində hərəkət məhdudlaşdırılır

Təbriz küçəsinin də bir hissəsində hərəkət məhdudlaşdırılır


1-05-2018, 14:38.

                  Təbriz küçəsinin də bir hissəsində hərəkət məhdudlaşdırılır

 

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

"APA-Economics"in məlumatına görə, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda vurğulanıb.

 


Вернуться назад